Türkiyə Super liqasının 6-ci turunda daha bir qarşılaşma keçirilib.
"Hatayspor" Mersin şəhərində Trabzonsporla üz üzə gəlib. İlk hissədə tərəflər qarşılıqlı hücumlarla yadda qalıblar. Hesab fasilə ərəfəsində açılıb. Edin Vişça “Qaradəniz Fırtınası”nı irəli çıxarıb. İkinci hissəyə də üstün başlayan qonaqlar meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət ediblər. Komandanın yeni transferi Pol Onuvaçu ardıcıl ikinci matçında da fərqlənərək azerkeslerin rəğbətini qazanıb. Lakin Trabzon təmsilçisi qələbə hesabını qoruya bilməyib. 72-ci deqiqede Riqoberto Rivas fərqi azaldıb. Çox keçmədən Didiye Lamkel - Ze bərabərliyi təmin edib. Əsas vaxta artıilam 7-ci deqiqede ise Dele Başiru Hatayspora qələbə qazandiracaq qolun müəllifi olub: “Hatayspor”- “Trabzonspor” 3:2.
Bu nəticə ilə xallarinin sayını 10a çatdıran "Hatayspor" turnir cədvəlində 4-cu pilləyə yüksəlib. Rəqibindən bir xal az toplayan Trabzonspor isə 6-ci yerdədir. Çempionata 15 xalı olan “Fənərbağça” başçılıq edir.